Kətan YAĞI
Tərkibi :
Kətan yağı-100 ml
Təsiri:
Tərkibində doymuş və doymamış yağ turşuları, fosfolipidlər, 5-i əvəzolunmayan olmaqla 12 aminturşu (o cümlədən arginin) E ,D, C və B qrupu vitaminləri, müxtəlif makro və mikroelementlər, emzimlər və s. maddələr var. Kətan yağı doymamış yağ turşuları ilə zəngindir. Yağ-turşu tərkibində aparıcı yeri doymamış linol yağ turşusu Omeqa-6 və monodoymamış turşu Omeqa-9 tutur. Kətan yağının tərkibində digər yağ turşularına da rast gəlinir : palmtin, starin, araxin, linolen və linol
Göstərişlər:
- Ateroskleroz, arterial hipertoniya, ürəyin işemik xəstəliyi, xolesterol və triqliseridlərin səviyyəsini aşağı salır, qan-damar distoniyalarında, beyin qan dövranı pozğunluqları ilə müşayiət olunan patologiyalarda, venaların varikoz genişlənmələrində, tromboflebit və trombozlarda, revmatizm xəstəliklərində.
- Mədə və 12 b.b xorasında , qastrit, enterit, enterokolit və kolitlərdə geniş istifadə olunur. Bağırsaqları yumşaldaraq, qəbizliyi aradan qaldırır;
- Ağciyər xəstəlikləri(pnevmaniya, brnxit, rinit, sinusit, haymorit və kəskin respirator xəstəliklərin müalicəsində istifadə olunur;
- Tərkibində olan E vitaminin hesabına sinir sistemi və beyin fəaliyyətini yaxşılaşdırır, neyroprotektiv effektə malikdir, yaddaşı gücləndirir, diqqət pozğunluğunu və yaşlanma ilə bağlı diqqət dağınıqlığını aradan qaldırır;
- Cinsiyyət orqanlarında qanın mikrosirkulyasiyasını yaxşılaşdırır. Spermatogenezi stimulə edir, potensiyanı artırır, prostat və sonsuzluğun müalicəsində istifadə oluna bilər;
- Xaricə istifadəsi : Bütün irinli iltihablarda vitaminli əlavə kimi təyin edilir. Müalicəvi kosmetik kremlərin hazırlanmasında istifadə olunur. Günəş yanıqlarında müalicə məqsədilə, həmçinin dərinin günəş şüaları təsirindən yaxşı qaralmasını təmin edir. Dəri yanıqları zamanı çox əhəmiyyətlidir. Saç dibini möhkəmləndirir.
Qəbul qaydası və doza:
½ Stəkan suya 5 ml əlavə edilərək, uşaqlar üçün gündə 1-2 dəfə, böyüklər üçün gündə 3 dəfə daxilə təyin edilir ( yeməyə əlavə edilə bilər)