KOSMELİN
Yeni təbii formul olan Kosmelin müalicəvi bitki yağları əsasında əlavə qatqısız hazırlanmış saçlara qulluq üçün nəzərdə tutulan 100% təbii məhsuldur. Yüksək effektə malik müalicəvi kosmetik vasitədir. Saçların quruluşunu və inkişafını bərpa edir. Saçlara xüsusi parlaqlıq verərək, onlarin elastikliyini artırır və ipək kimi yumşaq edir. Yeni saçların çıxmasını təmin edir.
Tərkibi:
Ayı pəncəsi yağı, gənəgərçək yağı, sarımsaq yağı, dazıotu yağı, limon yağı, qırmızı bibər ekstraktı.:
Göstərişləri:
• Saç tökülməsi
• Saç uzanmasının sürətləndirilməsi
• Keçəlləşmə(alopesiya)
• Kəpək problemi
• Baş dərisinin quruluğu və qaşınması
• Zəif və strukturu zədələnmiş saçların bərpası.
İstifadə qaydası:
Saçlar ilıq su ilə yuyulduqdan sonra quru dəsmal ilə qurudulur. Yağ ilıq halda,baş dərisinə və saçlara yaxılır və 15 dəqiqə ərzində saç diblərinə hopdurulur. Sonra yağ bütün saç uzunu boyunca bərabər şəkildə yaxılır. Aplikasiya 0,5-1 saat ərzində saxlanılır, sonra isə yumşaq şampun vasitəsi ilə yuyulur. Prosedur həftədə 2 dəfə aparılır. 10-12 prosedur keçirildikdən sonra, 2 həftə fasilə verib, kursu yenidən təkrar etmək olar. Prosedur mütəmadi keçirildiyi halda, artıq 1 aydan sonra müsbət effekt nəzərə çarpacaqdır. Qırmızı bibər ekstraktının gözlərə verə biləcək qıcıqlandırıcı təsirini nəzərə alaraq, başınızı yuyarkən ehtiyatlı olun.