Menyu

Məhsul haqqında

Qaraciyərdə iltihabi proseslərin qarşısını alır, immuniteti möhkəmləndirir və orqanizmi zərərli maddələrdən təmizləyir.

  • Kəskin və xroniki hepatitlər: toksiki, alkoqol və dərman hepatiti ( vərəm, qıcolma əleyhinə, psixiotrop preparatlar, sintetik hormonlar )
  • Qaraciyər sirrozu və ya fibrozu
  • əməliyyatdan əvvəl və sonrakı dövr
  • infeksion mənşəli qaraciyər zədələnməsi
  • daxili orqan və sistem xəstəlikləri fonunda qaraciyər zədələnmələri, öd durğunluğu
  • dəri xəstəlikləri

Tərkibi:

Adi alaqanqal (Silybum marianum) toxumunun quru  ekstraktı........................350 mq

Qumluq ödotu (Helichrysum arenarium) çiçəyinin quru ekstraktı....................60 mq

Qara zirə (Nigella sativa) toxumunun quru ekstaktı………..............................30 mq

Sarıkök (Curcuma longa) kökümsovunun tozu................................................10 mq

Köməkçi maddələr : bərk kapsulun örtüyü - jelatin, qliserin, su.

İstifadə sahəsi və əsas göstərişlər: Qaraciyərin fəaliyyətini yaxşılaşdıran bioloji fəallığa malik qida əlavəsidir

Əks göstərişlər: Məhsulun tərkibində olan hər hansı bir komponente qarşı həssaslıq.

İstifadə qaydaları və doza:  Böyüklər 1 kapsul gündə 1 dəfə  yeməkdən sonra.

Buraxılış forması:  №50 kapsul, flakonda,  karton qutu qablaşdırma.

Xəbərdarlıq:

Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz

Tövsiyyə edilən sutkalıq dozanı keçməyin

Qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlayın

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin

BFMQƏ normal qidalanmanı əvəz etmir

Dərman vasitəsi deyildir

Bioloji fəallığa malik qida əlavəsidir

Yararlılıq müddəti: istehsal tarixindən etibarən 3 il

Saxlanma şəraiti:  25º C-dən yüksək olmayan temperaturda, sərin, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.