Menyu

Məhsul haqqında

Xüsusiyyətləri:

  • radikulyar sindrom ilə müşayiət olunan boyun və bel osteoxondrozu;
  • əzələ və oynaqların revmatik ağrıları;
  • kürək-çiyin periartrozu;
  • müxtəlif mənşəli travmalar;
  • idmançılarda əzələ dartılması və travmatik zədələnmələr;
  • ağır fiziki əmək nəticəsində yaranan əzələ agrıları;
  • ətrafların ödemi;
  • əzələ bağlarının və vətərlərin revmatik ağrıları;
  • dayaq-hərəkət aparatının və yumşaq toxumaların posttravmatik iltihabı;
  • I, II və III dərəcəli yanıqlar.

İstifadəsinə göstərişlər: Xaricə istifadə üçün nəzərdə tutulmuşdur. Krem zədələnmiş nahiyəyə nazik təbəqə şəklində (1-2 mm qalınlıqda) dəriyə yüngül massajvari hərəkətlərlə gündə 1-2  dəfə (səhər və axşam) sürtməklə yaxılır. Krem yaxılmış nahiyənin isti saxlanılması üçün dəsmal və ya yun material ilə örtülür. Tətbiq müddəti zədələnmə patologiyasının gedişindən asılı olaraq nasazlıq simptomları itənə kimi 5-30 gün ərzində aparılır.